SALAM
Biz A .Novruzbəyli adına 46 N -li tam orta məktəbin 7-ci sinif şagirdləri ev quşlarına olan münasibəti dəyişmək, heyvanlara mərhəmət hissini gücləndirmək məqsədilə avtomatik su qablarının hazırlanması lahiyəsini həyata keçirməyi qərara almışıq . Düşünürük ki ,bu layihənin reallaşması ətraf mühitin çirklənməsinin qarşısını alar , şagirdləri xeyirxah işləri görməyə sövq edər .
Bu məqsədlə 7 - ci sinif şagirdlərini əməkdaşlıga cəlb etdik .Biz məqsədimizə çatmaq üçün "Gəlin bizə verilən təbiəti qoruyaq " devizi altında işə başladıq . İşimizi plan əsasında qruplaşdırdıq .
1-ci qrup - lideri - UGUR
üzvləri - HƏSƏN VAQİF HACI EMİN
LAYİHƏ ÜÇÜN LAZIMLI MATERİALLAR VƏ İNFORMASİYALARI ,ŞƏKİLLƏR, MƏTNLƏRİ ARAŞDIRIB BLOQDA YERLƏŞDİRMƏK .
2-ci qrup - lideri - NÜŞABƏ
üzvləri - BAGDAD GÖZƏL AYTAC NATALYA
QUŞLAR HAQQINDA MƏLUMAT TOPLAMAQ 3-CÜ QRUP - LİDERİ- MƏMMƏDƏLİ
ÜZVLƏRİ - HÜSEYN EMİL KAMAL ATMOSFER ,ATMOSFER TƏZYİQİ HAQQINDA MƏLUMAT TOPLAMAQ,SU QABI ÜÇÜN TƏCHİZAT YIGMAQ .
Sehrli su qabı üçün lazım olan təchizat aşagıdakılardır : butulka , ləyən , su ,skotç , taxta parçalar ( 2 ədəd ) , mismar (2 ədəd ) ,çəkic .
1.Taxtaları bir -birinə perpendikulyar şəkildə təsvir edildiyi kimi mismarlayırıq .
2.Ləyənə su doldurub taxta döşəmədə yerləşdiririk .
3.Butulkaya su doldurub agzı aşagı çevirməklə ləyənə elə batırırıq ki , butulkanın bogazı bir qədər ləyəndəki suya daxil olsun . Bu vəziyyətdə butulkanı skotçla taxta söykənəcəyə baglayırıq . Beləliklə də , ev quşları üçün avtomat su qabı hazırdır .
ƏMƏKDAŞLIGIMIZ GÖZƏL NƏTİCƏ VERDİ VƏ MƏQSƏDİMİZƏ NAİL OLDUQ
AVTOMATIK SU QABI ..Avtomat
su qabı ev quşları üçün nəzərdə tutulmuşdur.Bu avtomat su qabı əsasən
istirahətə gedən ailələr üçün
əlverişlidir.Çünkü istirahətə getdikdə ev quşlarını bəsləmək ,su və yemək
vermək olmur.Belə avtomatik su
qabı daha məqsədə uygundur.Bu qabın iş
prinsipi atmosfer təzyiqinin
varlıgına əsaslanmışdır. .jpg)
.gif)
Комментариев нет:
Отправить комментарий