понедельник, 30 марта 2015 г.

Atmosfer təzyiqini ilk dəfə kim ölçüb ?

Atmosfer təzyiqini ilk dəfə kim ölçüb?

Shagird.az - Atmosfer təzyiqini ilk dəfə kim ölçüb?- Maraqlıdır
Hər bir qazın, həmçinin Yer kürəsini əhatə edən havanın öz kütləsi var. Barometr vasitəsilə onun əşyalara etdiyi təzyiqi ölçmək olar. Atmosfer təzyiqini bildikdə isə havanın necə olacağını proqnozlaşdırmaq və ya təyyarənin uçuş hündürlüyünü müəyyənləşdirmək asanlaşır.
Shagird.az - Atmosfer təzyiqini ilk dəfə kim ölçüb?- Maraqlıdır
1643-cü ildə italyan fizik və riyaziyyatçı Torriçelli civə barometrini ixtira etdi. Bununla da o, havanın təzyiqinin ölçülə bildiyini göstərdi. Atmosfer təzyiqi dağlarda və dəniz səviyyəsində müxtəlifdir, o həm də havadan asılıdır. Yağışdan əvvəl atmosfer təzyiqi aşağı düşür, hava yaxşılaşandan öncə də qalxır. Təyyarə hündürlük yığanda təzyiq aşağı düşür, (hər 100 metrdə civə sütunun un 1 santimetri qədər), və əksinə, təyyarə aşağı enəndə təzyiq qalxır. Beləliklə də, barometrin köməyilə uçuş hündürlüyünü təyin etmək olar.
Shagird.az - Atmosfer təzyiqini ilk dəfə kim ölçüb?- Maraqlıdır
Hündürlüyü müəyyənləşdirmək üçün daha dəqiq cihaz altimetr adlanır. Onun iş prinsipi demək olar ki, barometrin iş prinsipi ilə eynidir.
Tərcümə etdi: Cambulat 


Mənbə: http://www.samoeinteresnoe.com

Комментариев нет:

Отправить комментарий