Bütün bunlar quşlardır. Quşların digər
canlılardan fərqi ondadır ki, onların lələyi və dimdiyi var, insan
əllləri və ya heyvan pəncəsi əvəzinə isə qanadları var. Məhz qanadları
sayəsində quşların əksəriyyəti uça bilir (bəziləri isə uça bilmir,
məsələn: dəvəquşu).Quşların daha bir fərqləndirici xüsusiyyəti
onların çoxalma (artma) üsuludur. Quşlar yumurta qoyur, onu öz bədən
istisi ilə isidir (qırt oturur) və bir neçə müddət sonra yumurtalardan
balaca balalar çıxır.
Bir çox quşlar - arıquşu, göyərçin,
sağsağan, sərçə və qarğalar şəhərdə yaşamağa uyğunlaşıblar. Burada
onlar özlərinə sığınacaq və qida tapa bilirlər. Çox vaxt insanlar quşlara
kömək edir: göyərçin damı və sığırçın yuvası tikir, onlar üçün yem
qabı düzəldirlər.
Meşədə bu və digər quşlar yaşayırlar.
Meşədə bu və digər quşlar yaşayırlar.
Meşədə “dəmirçixana” adlandırılan ağacdələn yuvalarına rast gəlmək olar. Belə yuvalar kötük və ovulub tökülən gövdələrdə yerləşir. Ağacdələnlər qoza və ya palıd qozalarını yuvalarına doldururlar ki, sonra onları asanlıqla ordan çıxara bilsinlər.
Böyümüş bala ququ quşu digər bala quşları yuvadan atır, atılmış balaların valideynləri isə həmin bala ququ quşunu yedizdirməyə davam edirlər.
Quşların təbiətdə əhəmiyyəti.
Quşlar həşəratlar və kiçik gəmiricilərlə qidalanmaqla onların sayının tənzimlənməsində
iştirak edir. Onlar özləri də digər heyvanların qidasını təşkil edir. Bəzi
tropik bitkilər çiçək nektarı ilə qidalanan quşlarla (kolibri) tozlandırılır.
Quşlar həm də bitkilərin meyvə və toxumlarının yayılmasında iştirak edir. Bizim
hər birimiz quşların qayğısına qalmalıyıq. Onların yuvasını da- ğıtmaq və kütləvi
şəkildə ovlamaq olmaz. Quşları qorumaq üçün onların təbii yaşayış sahələrinin və
yuvalama yerlİnsanlar q raq onlara həsəd aparmış və uçmaq üçün müxtəlif vasitələrdən
istifadə etmişlər. Lakin bu ideyalar texnikanın son nailiyyətləri nəticəsində
mümkün olmuşdur. ədim zamanlardan səmaya qalxmaq saxlanılması vacibdir.
Комментариев нет:
Отправить комментарий