пятница, 3 апреля 2015 г.

quşlar

Gəzinti zamanı  sən şübhəsiz ki balaca  sərçələri, sakit göyərçinləri və bərkdən “qar-qar” edən qarğaları  görmüsən.

Bütün bunlar quşlardır. Quşların digər canlılardan fərqi ondadır ki, onların  lələyi və dimdiyi var, insan əllləri və ya heyvan pəncəsi əvəzinə isə qanadları  var. Məhz qanadları sayəsində quşların əksəriyyəti uça bilir (bəziləri  isə uça bilmir, məsələn: dəvəquşu).Quşların daha bir fərqləndirici  xüsusiyyəti onların çoxalma (artma) üsuludur. Quşlar yumurta qoyur, onu öz bədən  istisi ilə isidir (qırt oturur) və bir neçə müddət sonra yumurtalardan balaca  balalar çıxır.
Bir çox quşlar - arıquşu, göyərçin, sağsağan, sərçə və qarğalar şəhərdə  yaşamağa  uyğunlaşıblar. Burada onlar özlərinə  sığınacaq və qida tapa bilirlər. Çox vaxt insanlar quşlara kömək edir:  göyərçin damı və sığırçın yuvası tikir, onlar  üçün yem qabı düzəldirlər.
Meşədə bu və digər quşlar yaşayırlar.
  Yayda meşədə gəzərkən ağac üzərinə xırda-xırda tıqqıltılar eşidirsənsə,  deməli hardasa yaxınlıqda ağacdələn var. O, boş yerə tıqqıldatmır, ağacların qabığı  altından həşəratları çıxararaq öz naharını əldə edir. Yayda o, çox vaxt ağac həşəratları  ilə qidalanır, qışda isə həşəratları tapmaq mümkün olmadıqda, iynəyarpaqlı  ağacların toxumları ilə kifayətlənirlər.
Meşədə “dəmirçixana” adlandırılan ağacdələn  yuvalarına rast gəlmək olar. Belə yuvalar  kötük və ovulub tökülən gövdələrdə yerləşir. Ağacdələnlər  qoza və ya palıd qozalarını yuvalarına doldururlar ki, sonra onları asanlıqla ordan  çıxara bilsinlər.
 Bu quş öz adını çıxardığı “ku-ku” səsinə görə alıb.  “Ququ quşu” heç vaxt balalarını özü çıxarmır. O, həmişə yumurtalarını başqa  quşların yuvalarına atır.
Böyümüş bala ququ quşu digər bala quşları yuvadan atır, atılmış  balaların valideynləri isə həmin bala ququ quşunu yedizdirməyə davam edirlər.
 Bu  görünüşcə görkəmsiz quşa bir çox  yazıçı və şairlər öz əsərlərini həsr ediblər.  Bütün oxuyan quşlar  arasında bülbül haqlı olaraq ən şirin səsli “ifaçı” adına layiq görülmüşdür.

 Şəkillərə bax: Quşlardan hansını tanıyırsan? Hansı  quşlara rast gəlmisən və harada?

 Quşların təbiətdə əhəmiyyəti. Quşlar həşəratlar və kiçik gəmiricilərlə qidalanmaqla onların sayının tənzimlənməsində iştirak edir. Onlar özləri də digər heyvanların qidasını təşkil edir. Bəzi tropik bitkilər çiçək nektarı ilə qidalanan quşlarla (kolibri) tozlandırılır. Quşlar həm də bitkilərin meyvə və toxumlarının yayılmasında iştirak edir. Bizim hər birimiz quşların qayğısına qalmalıyıq. Onların yuvasını da- ğıtmaq və kütləvi şəkildə ovlamaq olmaz. Quşları qorumaq üçün onların təbii yaşayış sahələrinin və yuvalama yerlİnsanlar q raq onlara həsəd aparmış və uçmaq üçün müxtəlif vasitələrdən istifadə etmişlər. Lakin bu ideyalar texnikanın son nailiyyətləri nəticəsində mümkün olmuşdur. ədim zamanlardan səmaya qalxmaq saxlanılması vacibdir.


понедельник, 30 марта 2015 г.

Atmosfer təzyiqini ilk dəfə kim ölçüb ?

Atmosfer təzyiqini ilk dəfə kim ölçüb?

Shagird.az - Atmosfer təzyiqini ilk dəfə kim ölçüb?- Maraqlıdır
Hər bir qazın, həmçinin Yer kürəsini əhatə edən havanın öz kütləsi var. Barometr vasitəsilə onun əşyalara etdiyi təzyiqi ölçmək olar. Atmosfer təzyiqini bildikdə isə havanın necə olacağını proqnozlaşdırmaq və ya təyyarənin uçuş hündürlüyünü müəyyənləşdirmək asanlaşır.
Shagird.az - Atmosfer təzyiqini ilk dəfə kim ölçüb?- Maraqlıdır
1643-cü ildə italyan fizik və riyaziyyatçı Torriçelli civə barometrini ixtira etdi. Bununla da o, havanın təzyiqinin ölçülə bildiyini göstərdi. Atmosfer təzyiqi dağlarda və dəniz səviyyəsində müxtəlifdir, o həm də havadan asılıdır. Yağışdan əvvəl atmosfer təzyiqi aşağı düşür, hava yaxşılaşandan öncə də qalxır. Təyyarə hündürlük yığanda təzyiq aşağı düşür, (hər 100 metrdə civə sütunun un 1 santimetri qədər), və əksinə, təyyarə aşağı enəndə təzyiq qalxır. Beləliklə də, barometrin köməyilə uçuş hündürlüyünü təyin etmək olar.
Shagird.az - Atmosfer təzyiqini ilk dəfə kim ölçüb?- Maraqlıdır
Hündürlüyü müəyyənləşdirmək üçün daha dəqiq cihaz altimetr adlanır. Onun iş prinsipi demək olar ki, barometrin iş prinsipi ilə eynidir.
Tərcümə etdi: Cambulat 


Mənbə: http://www.samoeinteresnoe.com

SEHRLİ SU QABI

     GƏLİN  BİZƏ  VERİLƏN     TƏBİƏTİ  ( SUYU ,  HAVANI  , YAŞILLIGI   ,  MEŞƏLƏRİ  ) İŞIQLI  GƏLƏCƏYİMİZ  ÜÇÜN  QORUYAQ  ,  ONLARDAN  SƏMƏRƏLİ  İSTİFADƏ  EDƏK .
 SALAM 
Biz  A .Novruzbəyli  adına  46 N -li  tam orta  məktəbin  7-ci sinif  şagirdləri  ev quşlarına  olan  münasibəti  dəyişmək, heyvanlara  mərhəmət  hissini  gücləndirmək  məqsədilə  avtomatik  su  qablarının  hazırlanması  lahiyəsini   həyata  keçirməyi  qərara  almışıq . Düşünürük ki ,bu  layihənin  reallaşması  ətraf mühitin  çirklənməsinin  qarşısını alar , şagirdləri   xeyirxah işləri  görməyə  sövq  edər .
Bu  məqsədlə  7 - ci sinif  şagirdlərini  əməkdaşlıga  cəlb  etdik .Biz  məqsədimizə  çatmaq  üçün  "Gəlin  bizə  verilən  təbiəti  qoruyaq "  devizi  altında  işə  başladıq . İşimizi  plan  əsasında  qruplaşdırdıq .
1-ci qrup   - lideri - UGUR
üzvləri - HƏSƏN VAQİF   HACI  EMİN
LAYİHƏ  ÜÇÜN  LAZIMLI MATERİALLAR VƏ  İNFORMASİYALARI  ,ŞƏKİLLƏR, MƏTNLƏRİ  ARAŞDIRIB  BLOQDA  YERLƏŞDİRMƏK .
2-ci qrup  - lideri - NÜŞABƏ
üzvləri - BAGDAD  GÖZƏL AYTAC  NATALYA
QUŞLAR  HAQQINDA   MƏLUMAT   TOPLAMAQ                                                                           3-CÜ QRUP - LİDERİ- MƏMMƏDƏLİ
ÜZVLƏRİ -  HÜSEYN EMİL  KAMAL                  ATMOSFER ,ATMOSFER  TƏZYİQİ  HAQQINDA  MƏLUMAT  TOPLAMAQ,
SU  QABI  ÜÇÜN  TƏCHİZAT  YIGMAQ .
Sehrli  su qabı  üçün  lazım  olan təchizat  aşagıdakılardır : butulka , ləyən , su ,skotç , taxta  parçalar ( 2 ədəd ) , mismar   (2 ədəd )  ,çəkic .
1.Taxtaları  bir -birinə perpendikulyar  şəkildə  təsvir edildiyi kimi  mismarlayırıq .
2.Ləyənə  su  doldurub  taxta  döşəmədə  yerləşdiririk .
3.Butulkaya  su  doldurub  agzı  aşagı çevirməklə ləyənə elə batırırıq  ki , butulkanın bogazı  bir  qədər  ləyəndəki  suya  daxil  olsun . Bu  vəziyyətdə  butulkanı skotçla  taxta  söykənəcəyə  baglayırıq . Beləliklə  də , ev quşları  üçün  avtomat  su  qabı  hazırdır  . 
ƏMƏKDAŞLIGIMIZ  GÖZƏL  NƏTİCƏ VERDİ VƏ MƏQSƏDİMİZƏ NAİL  OLDUQ
                                                                                                                                                                                                                   AVTOMATIK  SU QABI                                             ..Avtomat   su qabı  ev quşları üçün nəzərdə  tutulmuşdur.Bu avtomat su  qabı  əsasən istirahətə  gedən  ailələr üçün  əlverişlidir.Çünkü istirahətə getdikdə ev quşlarını  bəsləmək ,su və  yemək  vermək olmur.Belə avtomatik  su qabı daha  məqsədə uygundur.Bu qabın iş prinsipi atmosfer  təzyiqinin varlıgına  əsaslanmışdır.